Aparıcı yəhudi təşkilatları Nyu-Yorkda kütləvi etiraz aksiyası keçirəcəklər. Aksiya BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində təşkil olunacaq.
Jnews.az xəbər verir ki, mitinqin əsas məqsədi hər il keçirilən konfrans üçün Nyu-Yorkda toplaşan dünya liderlərini “artan antisemitizm dalğasına” qarşı daha fəal və effektiv tədbirlər görməyə çağırmaqdır.
Qeyd edək ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlir. Bu dövrdə şəhərdə müxtəlif ictimai və siyasi aksiyaların keçirilməsi də ənənə halını alıb.
Mənbə: timesofisrael.com
