29 Elul 5786 11 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrail səfirliyindən Roş ha-Şana bayramı münasibətilə TƏBRİK PAYLAŞIMI

İsrail səfirliyindən Roş ha-Şana bayramı münasibətilə TƏBRİK PAYLAŞIMI

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin Azərbaycandakı səfirliyi yəhudi Yeni ili – Roş ha-Şana bayramı münasibətilə təbrik paylaşımı edib.

Jnews.az xəbər verir ki, səfirlik paylaşımında İsrail və Azərbaycan xalqlarına sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.

“Qoy yeni il ümid işığının, səmimi arzuların və yeni başlanğıcların uğura çevrildiyi bir il olsun. Bu əlamətdar gün regionumuza sülh, ailələrimizə sağlamlıq və sevinc, xalqlarımız arasında dostluq və əməkdaşlığa isə yeni güc gətirsin”, – deyə paylaşımda bildirilib.

Səfirlik qarşıdakı ilin hər bir evə sülh, bolluq və firavanlıq gətirməsini, İsrail və Azərbaycan xalqları arasındakı möhkəm dostluq bağlarını daha da gücləndirməsini arzulayıb.

Paylaşım “Şana Tova U’Metuka!” – “Yeni iliniz mübarək!” sözləri ilə yekunlaşıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail səfirliyindən Roş ha-Şana bayramı münasibətilə TƏBRİK PAYLAŞIMIjnews.az səsləndirməsi