29 Elul 5786 11 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Hikmət Hacıyev: Azərbaycan davamlı sülh üçün səylərini davam etdirir

Hikmət Hacıyev: Azərbaycan davamlı sülh üçün səylərini davam etdirir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və möhkəmləndirilməsi üçün əlavə səylər göstərməkdə davam edəcək.

Jnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusun nümayəndələrinə müraciətində deyib.

“Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. Anladıq ki, sülh şəraitində yaşamaq sözlərlə izah edilə bilməyəcək qədər böyük bir hissdir. Sülh həm də yerlərdə aparılan yenidənqurma və bərpa işlərindən başlayır. Sülh yalnız qarşıdurmanın olmaması demək deyil. Sülh həm də sülh quruculuğu, yenidənqurma və bərpa prosesinə inam və etimadın formalaşdırılması deməkdir”, – Hikmət Hacıyev bildirib.

O, Azərbaycan və Ermənistan liderlərinin son görüşünün çox konstruktiv atmosferdə keçməsindən məmnunluğunu ifadə edib.

“Anladığım qədərilə, hər iki tərəf sülh gündəliyimizi daha da irəli aparmaq, iki ölkə arasında etimadı gücləndirmək, eləcə də ticarət əlaqələrini, o cümlədən iki ölkə və daha geniş region arasında bağlantı və nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədilə ikitərəfli qarşılıqlı fəaliyyətə başlamaq barədə razılığa gəlib”, – deyə Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi, həmçinin üçtərəfli konsepsiyanın inkişafı ilə bağlı müsbət əlamətlərin olmasından məmnunluğunu bildirib.

Hikmət Hacıyev layihənin həyata keçirilməsinə tam sadiqlik nümayiş etdirdiklərinə görə amerikalı tərəfdaşlara minnətdarlığını ifadə edib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Hikmət Hacıyev: Azərbaycan davamlı sülh üçün səylərini davam etdirirjnews.az səsləndirməsi