Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin 3-cü iclasında iştirak edib.
Jnews.az xəbər verir ki, tədbirdə təhlükəsizlik və daxili işlər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüş zamanı iştirakçılar cinayətkarlığa qarşı mübarizə sahəsində praktiki tədbirləri ətraflı müzakirə ediblər.
Danışıqların yekununda tərəflər yekun Bəyannamə və təşkilata üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş yeni sazişlər imzalayıblar.
Mənbə: oxu.az



