Yenilənib: Sentyabr 11, 2026 2:19 axşam
Milli Məclisin deputatı Ceyhun Məmmədov magistratura təhsilinin müddətinin iki ildən bir ilə endirilməsini təklif edib.
Jnews.az xəbər verir ki, deputat bu təklifi Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 11-də keçirilən iclasında səsləndirib.
Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda hər il magistratura üzrə minlərlə plan yeri boş qalır. Onun sözlərinə görə, bəzi illərdə boş qalan yerlərin sayı 4 minə və daha çoxa çatır.
Deputat bu vəziyyətin əsas səbəblərindən birinin gənclərin magistratura təhsilinə iki il sərf etmək istəməməsi olduğunu qeyd edib. Onun fikrincə, təhsilin bu müddəti bəzi gənclər üçün uzun hesab olunur.
Ceyhun Məmmədov magistratura təhsilinin müddətinin bir ilə endirilməsinin boş qalan plan yerlərinin sayının azalmasına və daha çox gəncin magistratura təhsilinə cəlb olunmasına imkan verə biləcəyini bildirib.
Mənbə: news.day.az
