İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon ölkəsinin beynəlxalq arenada nüfuzunu və çəkindirici potensialını daha da artırdığını bildirib.
Jnews.az xəbər verir ki, Danon bu prosesin BMT çərçivəsində ardıcıl diplomatik fəaliyyət və İsrailin hərbi uğurları hesabına baş verdiyini deyib.
Diplomatın sözlərinə görə, İsrail “Hizbullah” və İrana qarşı hərbi əməliyyatlarda əldə etdiyi nəticələrdən sonra beynəlxalq nüfuzunu və çəkindirici gücünü artırmağa başlayıb. O, eyni zamanda, BMT daxilində İsrailə qarşı düşmən münasibətin hələ də dərin köklərə malik olduğunu qeyd edib.
Danon “The Jerusalem Post”a müsahibəsində müsbət dəyişikliklərin BMT-də fəaliyyət göstərən İsrail nümayəndəliyinin fəal və ardıcıl fəaliyyəti nəticəsində əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, İsrail nümayəndəliyi beynəlxalq təşkilatda ölkənin mövqeyinin müdafiəsi və diplomatik fəaliyyətin gücləndirilməsi istiqamətində ardıcıl iş aparır.
Mənbə: jpost.com
