29 Elul 5786 11 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Paşinyan Kərki kəndinin Ermənistanın ərazisi olmadığını bildirib

Paşinyan Kərki kəndinin Ermənistanın ərazisi olmadığını bildirib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Kərki kəndi digər eksklav ərazilər kimi, Ermənistanın 29 743 kvadratkilometr ərazisi olan beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daxil deyil.

Jnews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı delimitasiya və ərazi mənsubiyyəti məsələlərini şərh edərkən bildirib.

Ermənistan hökumətinin başçısı müxalifətin Kərki kəndinin təhvil verilməsinin yolverilməzliyi ilə bağlı bəyanatlarını şərh edərək, daha əvvəl səsləndirdiyi mövqeyini təkrarlayıb.

“Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi azaltmaqdır ki, normal həll yollarına nail olunsun. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29 743 kvadratkilometr deyil, məsələn, 29 750 kvadratkilometr olduğunu deməkdir və bu, müharibə elanıdır.”, – Paşinyan vurğulayıb.

Paşinyan qeyd edib ki, hazırda əsas işi normal həll yollarına nail olmaq üçün gərginliyi azaltmaqdır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Paşinyan Kərki kəndinin Ermənistanın ərazisi olmadığını bildiribjnews.az səsləndirməsi