İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında (İƏT Pİ) sədrlik rəsmən Azərbaycana keçib. Səlahiyyətlərin təhvil verilməsi təşkilatın Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimi çərçivəsində baş tutub.
Bu vəzifəni Milli Məclisin sədri Sahibə Qafarova icra edəcək. Bununla da Azərbaycan təşkilata sədrliyi İndoneziyadan təhvil almış olub.