10 Tammuz 5786 25 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Cəmiyyət İqtisadiyyat Dünya Hadisələr Dünya Texnologiya İdman Mədəniyyət Xəbərlər
ABŞ-dan növbəti əməliyyat: İŞİD rəhbərlərindən biri öldürüldü

ABŞ-dan növbəti əməliyyat: İŞİD rəhbərlərindən biri öldürüldü

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Suriyanın şimal-qərbində həyata keçirilən hava əməliyyatı nəticəsində İŞİD-in yüksək rütbəli rəhbərlərindən biri zərərsizləşdirilib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” platformasındakı hesablnda paylaşım edilib.

Məlumatda qeyd olunur ki, iyunun 19-da keçirilən dəqiq hava zərbəsi zamanı Əli Hüseyn əl-Üləvi öldürülüb.

CENTCOM bildirib ki, sözügedən əməliyyat ABŞ vətəndaşlarına və ölkə ərazisinə qarşı hücumlar hazırlayan terrorçuların fəaliyyətinin qarşısının alınması və onların məhv edilməsi istiqamətində davam etdirilən tədbirlərin tərkib hissəsidir.

Açıqlamada həmçinin vurğulanıb ki, ABŞ qüvvələri regional tərəfdaşları ilə koordinasiyalı şəkildə İŞİD qruplaşmasının qalan üzvlərinə qarşı əməliyyatlarını davam etdirir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
ABŞ-dan növbəti əməliyyat: İŞİD rəhbərlərindən biri öldürüldüjnews.az səsləndirməsi