14 Tammuz 5786 29 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Podkastlar Mədəniyyət Xəbərlər
Azərbaycandan İsrailə çağırış: “Qondarma “erməni soyqırımı” qərarına yenidən baxın”

Azərbaycandan İsrailə çağırış: “Qondarma “erməni soyqırımı” qərarına yenidən baxın”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərək, bu addımın ciddi narahatlıq doğurduğunu bəyan edib.

Nazirliyin şərhində vurğulanır ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması qəbuledilməzdir. Həmçinin, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslar olmadan siyasi qərar predmetinə çevrilməsi pislənilib.

“Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur”, – deyə XİN-in məlumatında qeyd olunur.

Bununla əlaqədar olaraq Azərbaycan tərəfi İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

Bəyanatın sonunda Azərbaycanın tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətindəki ardıcıl mövqeyini bundan sonra da davam etdirəcəyi bildirilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycandan İsrailə çağırış: “Qondarma “erməni soyqırımı” qərarına yenidən baxın”jnews.az səsləndirməsi