Yenilənib: Avqust 11, 2026 2:26 axşam
İrandan Rusiyaya Azərbaycan ərazisindən tranzit keçirilən bibər yükündə 25 kiloqramdan çox qurudulmuş marixuana aşkarlanıb.
Hadisə “Astara” gömrük postunda baş verib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.
Yoxlama zamanı bibər yüklənmiş yeşiklərin alt hissəsində, üzərləri bibərlə örtülərək gizlədilən 55 ədəd bağlama aşkarlanıb. Bağlamalardan ümumi xalis çəkisi 25 kiloqram 75 qram olan qurudulmuş marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: jnews.az
