Amerikalı aktyor və keçmiş siyasətçi Ben Cons 87 yaşında vəfat edib. Bu barədə onun həyat yoldaşı Alma Viator məlumat verib. Consun ölümünə kəskin infarkt səbəb olub.
“Bu gün həyatımın sevgisini itirdim. Ben kəskin infarkt səbəbindən dünyasını dəyişdi”, – deyə Viator “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ben Consa ən böyük məşhurluğu “Hazzard hersoqları” televiziya serialındakı mexanik Kuter Devenport rolu gətirib. Aktyorluq karyerası ərzində o, həmçinin “Dünya fırlandıqca”, “Samogonçular” və “Paralel dünyalar” kimi layihələrdə də çəkilib.
Kino və televiziyada işləməklə yanaşı, Cons dövlət fəaliyyəti ilə də məşğul olub. 1988-1994-cü illərdə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olub.
Mənbə: oxu.az
