11 Tammuz 5786 26 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Podkastlar Xəbərlər
“Neftçi”dən baş məşqçisi Yuri Vernidubla bağlı QƏRAR

“Neftçi”dən baş məşqçisi Yuri Vernidubla bağlı QƏRAR

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İdman
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

"Neftçi" Peşəkar Futbol Klubu baş məşqçi Yuri Vernidubla yeni müqavilə imzalayıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, ukraynalı mütəxəssislə mövcud sözləşmə 2028-ci ilin yayına qədər uzadılıb.

Müqavilənin imzalanma mərasimi "Neftçi"nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov və baş icraçı direktor Cenk Sümerin iştirakı ilə keçirilib.

Hafiz Zeynalov baş məşqçiyə Müşahidə Şurası adından tam dəstək ifadə edib:

Klubumuz üçün xeyirli olsun. "Neftçi"nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də UEFA Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik.

Öz növbəsində Cenk Sümer gələcəkdə birgə böyük uğurlar əldə edəcəklərinə əminliyini bildirib:

Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba "Neftçi"dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
“Neftçi”dən baş məşqçisi Yuri Vernidubla bağlı QƏRARjnews.az səsləndirməsi