11 Tammuz 5786 26 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət İqtisadiyyat Hadisələr İdman Texnologiya Mədəniyyət Podkastlar Xəbərlər
Azərbaycan Ordusunun 108 illiyi Bakıda hərbi yürüşlə qeyd olunub

Azərbaycan Ordusunun 108 illiyi Bakıda hərbi yürüşlə qeyd olunub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təsis edilməsinin 108-ci ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə Bakının mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri keçirilib.

Tədbirlər hərbi orkestrlərin müşayiəti ilə baş tutub. Yürüşlərdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Hərbi qulluqçuların yürüşləri saat 12:00-a qədər davam edib.

Yürüş marşrutları

Paytaxtda hərbçilərin hərəkəti üçün beş fərqli marşrut müəyyən edilmişdi. Birinci marşrut Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi və Neftçilər prospektindən keçməklə Azadlıq meydanı və Dəniz Vağzalında yekunlaşıb.

İkinci marşrut Şəhidlər xiyabanından start götürüb. Hərbçilər “Alov Qüllələri” kompleksi, Çəmbərəkənd parkı, “İçərişəhər” metrostansiyası, Qala qapısı, Azərbaycan Dövlət Kukla Teatrı, Azneft dairəsi və Bəhram Gur heykəlinə qədər yürüş ediblər.

Üçüncü qrup Q.Musabəyov parkından hərəkətə başlayaraq Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı və Parlament prospektindən keçərək Şəhidlər xiyabanına çatıb.

“Olimpik Star” İdman və Əyləncə Mərkəzindən başlayan dördüncü yürüş Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İmadəddin Nəsimi heykəli istiqamətindən Neftçilər prospektinədək davam edib.

Beşinci və son marşrut isə Nəriman Nərimanov heykəlinin yanından başlayıb. Bu qrup Mərkəzi Park, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev sarayı, Mərkəzi Bank və “28 Mall” ticarət mərkəzi istiqamətində hərəkət edib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycan Ordusunun 108 illiyi Bakıda hərbi yürüşlə qeyd olunubjnews.az səsləndirməsi