Pentaqon İordaniyada İranın hücumları nəticəsində həlak olan ABŞ hərbçilərinin kimliyini açıqlayıb.
Məlumata görə, həlak olanlar 19 yaşlı əsgər İzabella Qonzales və 25 yaşlı birinci leytenant Tayler Ceyms Fihandır.
Leytenant Tayler Ceyms Fihan Şimali Karolina ştatındakı Fort Braqq hərbi bazasında yerləşən 32-ci Ordu Hava və Raketdən Müdafiə Komandanlığının tərkibinə daxil olan 55-ci Hava Hücumundan Müdafiə Artilleriya Alayının 2-ci batalyonunda xidmət edib.
Əsgər İzabella Qonzales isə Almaniyanın Ansbax şəhərində yerləşən 10-cu Ordu Hava və Raketdən Müdafiə Komandanlığının tabeliyində fəaliyyət göstərən 52-ci Hava Hücumundan Müdafiə Artilleriya Briqadasının 57-ci Hava Hücumundan Müdafiə Artilleriya Alayının 1-ci batalyonunda xidmət keçib.
Pentaqonun açıqladığı bu məlumat Yaxın Şərqdə hərbi qarşıdurmanın getdikcə genişləndiyi bir vaxta təsadüf edir. Hazırda ABŞ və İran arasında həm Hörmüz boğazı, həm də İranın nüvə proqramı ətrafında gərginlik davam edir.

