24 Elul 5786 6 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrail bayramlar öncəsi vətəndaşlarına xəbərdarlıq edib

İsrail bayramlar öncəsi vətəndaşlarına xəbərdarlıq edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail Milli Təhlükəsizlik Şurası payız yəhudi bayramları və 7 Oktyabr hadisələrinin üçüncü ildönümü ərəfəsində vətəndaşlarına xaricdə təhlükələr barədə xəbərdarlıq edib.

Jnews.az xəbər verir ki, Şuranın məlumatında bunun yeni səyahət xəbərdarlıqlarının tətbiqi anlamına gəlmədiyi vurğulanıb. Bildirilib ki, açıqlama müxtəlif ölkələrdə mövcud olan təhlükə səviyyəsini və əsas tendensiyaları əks etdirir.

Milli Təhlükəsizlik Şurası xüsusilə 7 Oktyabr hadisələrinin yaxınlaşan üçüncü ildönümünə diqqət çəkib. Bildirilib ki, oktyabr ayında müxtəlif ölkələrdə İsrail əleyhinə çoxsaylı etiraz aksiyalarının keçirilməsi gözlənilir. Bu aksiyaların bir qisminin zorakılıqla müşayiət oluna biləcəyi qeyd edilib.

İsrail xüsusi xidmətlərinin qiymətləndirməsinə görə, terror təşkilatları bu tarixlə əlaqədar İsrail və yəhudi obyektlərinə qarşı terror aktları törətməyə cəhd göstərə bilər.

Şura İsrail vətəndaşlarını xaricə səfərlər zamanı mövcud təhlükəsizlik vəziyyətini nəzərə almağa və yerli təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsrail bayramlar öncəsi vətəndaşlarına xəbərdarlıq edibjnews.az səsləndirməsi