ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton İranın yeraltı “Pickaxe Mountain” nüvə kompleksini yaxından izləyir və Tehranla aparılan danışıqlar nəticə verməyəcəyi təqdirdə həmin obyektə zərbə endirməyə hazırdır.
Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ İranın nüvə fəaliyyətini daim nəzarətdə saxlayır.
Donald Tramp: Bizim dünyada ən yaxşı müşahidə sistemlərimiz var. Mən “Pickaxe Mountain”da baş verənləri dəqiq bilirəm. Bu, bizim üçün böyük problem deyil. Biz onların nüvə obyektlərini məhv etdik və əgər razılıq əldə olunmasa, “Pickaxe Mountain”u da məhv etməli olacağıq. Bunu çox asanlıqla edəcəyik. Ümumiyyətlə, razılıq əldə olunmasa 91 milyon insanı elektriksiz və körpüsüz qoyacağıq.
Trampın sözlərinə görə, ABŞ İranın nüvə proqramı ilə bağlı vəziyyəti diqqətlə izləməyə davam edir və diplomatik danışıqlar nəticəsiz qalacağı halda hərbi variantı istisna etmir.