14 Av 5786 28 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Donald Tramp və Abe Hamadeh barədə xəbər illüstrasiyası

Tramp Hamadehin Azərbaycan səfəri barədə paylaşım edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ Konqresinin Respublikaçı üzvü Abe Hamadeh “Newsmax” portalında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və iki ölkə arasındakı strateji əməkdaşlığın vacibliyinə dair məqalə dərc edib. ABŞ Prezidenti Donald Tramp isə həmin yazını özünün “Truth Social” hesabında paylaşıb.

Strateji mövqe və etibarlı tərəfdaşlıq

Məqaləsində Abe Hamadeh Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində, Rusiya və İranla sərhəddə yerləşdiyini xüsusi vurğulayıb. Konqresmen qeyd edib ki, ölkə mühüm enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik tərəfdaşı kimi dünyanın ən strateji məkanlarından biridir.

Abe Hamadeh: Azərbaycandan yenicə qayıtmışam və Prezident İlham Əliyevlə görüş keçirdim. Bu səfər bir daha göstərdi ki, Amerika etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdikdə onun təsiri daha güclü olur.

Abe Hamadeh əlavə edib ki, Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan arasında davamlı sülh istiqamətində mühüm irəliləyiş əldə olunub. O, ABŞ-nin bu prosesdə fəal iştirakının davam etdirilməsinin vacibliyini bildirib:

Abe Hamadeh: Əgər Amerika liderlik etməsə, Rusiya və İran kimi rəqib güclər yaranan boşluğu doldurmağa çalışacaq.

Qeyd edək ki, konqresmen Abe Hamadeh iyun ayında Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, Prezident İlham Əliyev və digər rəsmilərlə görüşərək Azərbaycan-ABŞ münasibətləri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və sülh prosesini müzakirə edib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Tramp Hamadehin Azərbaycan səfəri barədə paylaşım edibjnews.az səsləndirməsi