Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağ münaqişəsində iştirakı həm hüquqi, həm də praktiki baxımdan qeyri-mümkün idi.
Diplomatın sözlərinə görə, bu vəziyyətin əsas səbəbi Ermənistanın özünün bu ərazini tanımaması olub.
Zaxarova həmçinin qeyd edib ki, müdaxilənin qeyri-mümkünlüyü ilə bağlı mövqe təşkilatın nizamnaməsinə və münaqişənin coğrafi xüsusiyyətlərinə əsaslanır.
Mənbə: minval.az
