14 Av 5786 28 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
ABŞ Ukraynaya yardımı 2029-cu ilədək uzada bilər: 400 milyon dollar

ABŞ Ukraynaya yardımı 2029-cu ilədək uzada bilər: 400 milyon dollar

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya dəstək məqsədilə ayrılmış 400 milyon dollar məbləğində yardımın 2029-cu maliyyə ilinin sonunadək mərhələli şəkildə ayrılmasını planlaşdırır. Bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Agentliyin məlumatına görə, Pentaqon hələ may ayında Konqresə göndərdiyi məktubda vəsaitin bir neçə il ərzində mərhələli şəkildə ayrılmasını nəzərdə tutan plan təqdim edib. Sənədə əsasən, proqram çərçivəsində hərbi təchizatın çatdırılması və digər dəstək tədbirlərinin həyata keçirilməsi 2029-cu il sentyabrın 30-da başa çatan maliyyə ilinin sonuna qədər davam edəcək.

Lakin məktubun göndərilməsindən iki ay keçməsinə baxmayaraq, ayrılmış vəsait hələ də tam şəkildə bölüşdürülməyib və müvafiq müqavilələrlə rəsmiləşdirilməyib. Bu vəziyyət həm demokratların, həm də bəzi respublikaçı konqresmenlərin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, davam edən müharibə fonunda Ukraynaya hərbi yardımın bu qədər ləng ayrılması qəbuledilməzdir.

Məlumata görə, sözügedən 400 milyon dollar Ukrayna Silahlı Qüvvələri üçün avadanlıqların alınmasına, hərbçilərin hazırlığına, müxtəlif xidmətlərin maliyyələşdirilməsinə və ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Tərəflərin danışıqlarda Ukraynanın hava hücumundan müdafiə imkanlarının təcili şəkildə gücləndirilməsi, eləcə də pilotsuz uçuş aparatlarının birgə istehsalı sahəsində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir. Bundan sonra V. Zelenskinin ABŞ Senatının üzvləri ilə də görüşü planlaşdırılır.

ABŞ qanunvericiliyinə əsasən prezident Konqres tərəfindən təsdiqlənmiş vəsaitin istifadəsini təmin etməyə borcludur və həmin vəsaiti siyasi məqsədlərlə öz qərarı ilə bloklaya bilməz. Bu səbəbdən yardım proqramının ləng həyata keçirilməsi artıq Vaşinqtonda qanunvericilər tərəfindən tənqid olunur.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
ABŞ Ukraynaya yardımı 2029-cu ilədək uzada bilər: 400 milyon dollarjnews.az səsləndirməsi