İsrail Müdafiə Qüvvələri (SAXAL) İudeya və Samariyadan olan fələstinli işçilərin qanunsuz yolla İsrailə keçirilməsini təşkil etməkdə şübhəli bilinən təxminən 30 nəfərin saxlanıldığını açıqlayıb.
Ordunun yaydığı məlumata görə, genişmiqyaslı əməliyyat bu həftə ərzində həyata keçirilib. Bazar günü “Efraim” regional briqadasının bölmələri Tulkərm, Qalqiliya, Azzun-Atma, Şveyka və bir sıra digər fələstin yaşayış məntəqələrində reydlər keçirib.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələri onlarla obyekti yoxlayıb və axtarışda olan 30-a yaxın şübhəlini saxlayıb. İstintaqın məlumatına görə, saxlanılanlar fələstinli işçilərin qanunsuz şəkildə İsrailə keçirilməsini təşkil edib və onların ölkəyə qeyri-qanuni daxil olmasına yardım göstəriblər.
SAXAL bildirib ki, əməliyyat insanların qanunsuz şəkildə İsrailə keçirilməsini təşkil edən şəbəkənin fəaliyyətinin qarşısının alınmasına yönəlib.
Faktla bağlı araşdırma davam etdirilir.