İsrailin təhlükəsizlik qurumları İordan çayının Qərb Sahilində pilotsuz uçuş aparatları (PUA) ilə bağlı riskin artdığını bildirir. Son həftələr ərzində bölgədə onlarla PUA aşkar edilərək İsrail ordusu tərəfindən müsadirə olunub.
Məlumata görə, təhlükəsizlik strukturları İranın Livanda tətbiq etdiyi dron taktikasını İordan çayının qərb sahilində də tətbiq etməyə çalışdığını istisna etmir. Hazırda bölgədə kamikadze dronlardan istifadəni təsdiqləyən fakt olmasa da, hərbi qüvvələr ehtiyat tədbiri olaraq aşkar edilən bütün PUA-ları müsadirə edir.
Sərhədyanı yaşayış məntəqələrinin rəhbərləri isə təhlükənin artıq nəzəri deyil, real olduğunu bildirirlər. Onların sözlərinə görə, bəzi dronlar yerli şəraitdə hazırlanır, digərlərinin isə İran vasitəsilə bölgəyə gətirildiyi ehtimal olunur.
Rəsmilər hesab edirlər ki, əgər belə bir PUA-nın Təl-Əvivə çatması təxminən 6 dəqiqə çəkə bilər. Bu səbəbdən yerli icmalar ordudan əlavə radar sistemləri, müşahidə avadanlıqları və elektron antidron vasitələrinin quraşdırılmasını tələb edirlər.