İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen işgüzar səfərlə Azərbaycan Respublikasına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yüksək səviyyəli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Aeroportda Azərbaycan və Avropa İttifaqının bayraqları dalğalanıb.
Avropa Komissiyasının Prezidentini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.