Polis əməkdaşları sosial şəbəkədə ictimaiyyətə qarşı hörmətsizlik nümayiş etdirən şəxsi müəyyən edərək saxlayıb. Həmin şəxs Sabirabad rayon sakini, 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadədir.
M.Xuduzadə sosial şəbəkədə apardığı canlı yayım zamanı izləyicilərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr səsləndirib. Onun bu hərəkətləri ictimai qaydanın pozulması kimi qiymətləndirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərarla inzibati həbs tədbiri seçilib.