23 Av 5786 6 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Ras Laffan sənaye zonasında partlayışdan sonra tüstü

Qətərin Ras Laffan sənaye zonasında partlayış baş verib -VİDEO

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅

Qətərin Daxili İşlər Nazirliyi, paytaxt Dohadan təxminən 80 kilometr şimalda yerləşən Ras Laffan sənaye zonasındakı müəssisələrdən birində partlayışın baş verdiyini təsdiqləyib.

Nazirlik hadisədən sonra müvafiq xidmətlərin dərhal əraziyə cəlb olunduğunu və vəziyyətin tam nəzarət altına alındığını qeyd edib. İlkin məlumata görə, partlayış nəticəsində həlak olanlar və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Sosial şəbəkələrdə yayılan xəbərlər

Hadisə ilə bağlı ilk xəbərlər sosial şəbəkələrdə yayılıb, istifadəçilər Doha şəhərində partlayış səslərinin eşidildiyini bildiriblər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →