23 Av 5786 6 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti buğda tədarükü həyata keçirilib.

Azərbaycan üzərindən Ermənistana növbəti Rusiya buğdası göndərilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ümumi çəkisi 979 ton olan buğda yüklənmiş 14 vaqondan ibarət qatar Biləcəri dəmir yolu stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydada 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialı daşınıb.

Bununla yanaşı, Azərbaycandan Ermənistana indiyədək 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycan üzərindən Ermənistana növbəti Rusiya buğdası göndərilibjnews.az səsləndirməsi