İsraildə pilotsuz uçuş aparatları (PUA) ilə bağlı artan təhlükə fonunda təcili müşavirə keçirilib.
İsrailin müdafiə naziri İsrael Katsın ofisinin yaydığı məlumata görə, müşavirədə təhlükəsizlik qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Bildirilib ki, toplantıda PUA təhlükəsi ilə bağlı vəziyyət qiymətləndirilib, həmçinin operativ, texnoloji və hüquqi cavab tədbirləri müzakirə olunub.
Açıqlamada qeyd edilir ki, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats təhlükəsizlik qurumları və aidiyyəti dövlət strukturları ilə birlikdə pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükəyə qarşı təxirəsalınmaz və kompleks fəaliyyət planı hazırlayırlar.
Bununla yanaşı, PUA təhlükəsinə qarşı mübarizə çərçivəsində hüquqi tənzimləmə və tətbiq mexanizmlərinin tamamlanması istiqamətində işlərin davam etdiyi bildirilib.