Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Ukraynaya gedib.
Ceyhun Bayramovu Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha qarşılayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Səfər çərçivəsində Ceyhun Bayramovun ukraynalı həmkarı Andriy Sıbiha ilə görüşü, həmçinin Ukraynanın digər yüksəkvəzifəli rəsmiləri ilə bir sıra ikitərəfli danışıqlar aparması nəzərdə tutulur.
Görüşlərdə Azərbaycan-Ukrayna əməkdaşlığının gündəliyində yer alan məsələlərin, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzuların müzakirə ediləcəyi gözlənilir.