Bakı təmsilçisi “Neftçi” futbol klubu yeni mövsüm üçün ev formasını azarkeşlərə təqdim edib.
Ağ-qara rənglərin üstünlük təşkil etdiyi yeni dizayn klubun zəngin tarixindən ilhamlanaraq hazırlanıb və retro üslubla müasir elementləri özündə birləşdirir.
Yeni forma qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.




