Avstraliyalı kanoe-slalomçu Noemi Foks 2026-cı ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına qəbul ediləcək. Bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
Noemi Foks Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunlarında kanoe-slalom yarışında qızıl medal qazanaraq Olimpiya çempionu olub. O, bununla yanaşı, ikiqat dünya çempionu, Okeaniya çempionu və 2013-cü ildə gənclər arasında dünya çempionu tituluna da sahib çıxıb.
N. Foks nüfuzlu idman ənənələrinə malik ailənin nümayəndəsidir. Onun atası Riçard Foks Böyük Britaniyanın sabiq dünya çempionu kanoe-slalomçusudur. Anası Miriam Foks-Yeruşalmi isə Fransa millisinin heyətində çıxış edib və 1996-cı ildə Atlanta Olimpiadasında bürünc medal qazanıb.
Noeminin xalası Raşel Foks-Krosbi də Böyük Britaniya yığmasının üzvü olub və dünya çempionatında gümüş medal əldə edib. Onun böyük bacısı Cessika Foks isə Olimpiya və dünya çempionudur.
Noemi Foksun Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına daxil edilməsi onun beynəlxalq idman karyerasının və Olimpiya uğurlarının növbəti dəfə tanınması kimi qiymətləndirilir.