23 Elul 5786 5 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsrailli idmançı Avropa Gənclər Kubokunun qalibi olub

İsrailli idmançı Avropa Gənclər Kubokunun qalibi olub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İdman
📅

Rumıniyanın İzvorani şəhərində keçirilən “2026 Europe Triathlon Junior Cup” yarışında İsrail idmançısı Raz Nevjelik gənclər arasında qızıl medal qazanıb.

Rəsmi nəticələrə əsasən, israilli triatlonçu super sprint məsafəsini 31 dəqiqə 16 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri İtaliya təmsilçisi Davide Faldini (31:23), üçüncü yeri isə Böyük Britaniya idmançısı William Pridden (31:26) tutub.

Qızların yarışında isə Qazaxıstan təmsilçisi Diana Yerzhanova (Erjanova) 35 dəqiqə 41 saniyə nəticə ilə qalib olub. Gümüş medalı Rumıniya idmançısı Tünde Crisan (35:48), bürünc medalı isə İtaliya təmsilçisi Elis Ventre (35:50) qazanıb.

Yarış super sprint formatında təşkil edilib. İştirakçılar 400 metr üzgüçülük, 11,5 kilometr velosiped və 2,5 kilometr qaçış mərhələlərində mübarizə aparıblar. Turnir 18–19 iyul tarixlərində Rumıniyanın İzvorani şəhərində Dünya Triatlonu və Avropa Triatlonu təqviminə uyğun keçirilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →