3 Elul 5786 16 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsraildə ravvinə bıçaqlı hücum: yeşiva rəhbəri həyatını itirdi

İsraildə ravvinə bıçaqlı hücum: Yeşiva rəhbəri həyatını itirdi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

İsrailin Netanya şəhərində 75 yaşlı yeşiva rəhbəri və ravvin Amos Quetta bıçaqlı hücum nəticəsində həyatını itirib.

Hadisə iyulun 1-nə keçən gecə ravvinin rəhbərlik etdiyi dini təhsil müəssisəsində baş verib. Ağır yaralanan Amos Quetta kritik vəziyyətdə Laniado xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, ravvin özünə gəlmədən vəfat edib.

İlkin istintaqın nəticələrinə görə, hücumu ravvinin tanış çevrəsinə daxil olan, psixi vəziyyətində problemlər olduğu bildirilən şəxs törədib. Məlumata əsasən, şübhəli ravvinlə birlikdə dua etmək istəyib. Tərəflər arasında yaranan mübahisə zamanı o, ravvinə dörd bıçaq zərbəsi endirib. Polis şübhəlinin kimliyini müəyyən etsə də, onun saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Magen David Adom (MADA) təcili yardım xidmətinin məlumatına görə, hadisə barədə çağırış saat 05:45-də Netanyadakı Şimon Bar Yoxay küçəsindən daxil olub. Hadisə yerinə çatan həkim briqadası ravvini huşsuz, nəbzsiz və tənəffüssüz vəziyyətdə, bədəninin müxtəlif nahiyələrində ağır bıçaq xəsarətləri ilə aşkarlayıb.

Faktla bağlı cinayət işi açılıb, hadisənin motivi və digər təfərrüatları araşdırılır. Polis qətlin bütün hallarını müəyyən etmək üçün istintaqı davam etdirir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →