İran Silahlı Qüvvələrinin "Xatam əl-Ənbiyə" Əməliyyat Komandanlığı ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə edilməsi barədə bəyanatından sonra açıqlama ilə çıxış edib.
Biz İranın möhkəm və qürurlu xalqına, silahlı qüvvələrdə xidmət edən cəsur, igid oğullarına layiqincə hörmət edirik. Onlar amerikalıları və sionistləri elə alçaldıblar ki, həmin tərəflər məğlubiyyəti etiraf etməli və təslim olmalı olublar.
İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan "Tasnim" agentliyinin məlumatına görə, son danışıqlar zamanı İran ABŞ-dan Livanın suverenliyi və ərazi bütövlüyü təminatlarının razılaşmaya daxil edilməsinə nail olub.
Məlumatlı mənbə iddia edir ki, bu şərtlər İsrailin 14 iyun Beyrut hücumuna cavab olaraq planlaşdırılan İran zərbəsinin ləğv edilməsində əsas amil olub. Mənbənin sözlərinə görə, ABŞ-ın çevikliyi eskalasiyanın qarşısını almağa imkan verib.