İran Silahlı Qüvvələri Küveyt ərazisindəki hərbi obyektlərə bir sıra hava zərbələri endirib. Hücumla bağlı məlumatı hər iki ölkənin müdafiə qurumları təsdiqləyib.
Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri zərbələrin dəf edilməsi istiqamətində iş aparır. Küveyt tərəfinin bəyanatına görə, hava hücumu zamanı İran qüvvələri həm raket silahlarından, həm də pilotsuz uçuş aparatlarından istifadə edir.
Zərbələrin endirilməsi faktını İran hərbi komandanlığı da təsdiqləyib. İran tərəfinin bəyanatına görə, hava əməliyyatının əsas hədəfləri Əl-Aydari hərbi bazasında yerləşən silah anbarları, həmçinin Əli əl-Salam aviabazasındakı ofis və kazarmalar olub.
Hazırda insidentin təfərrüatları, eləcə də mümkün nəticələr və dağıntıların miqyası barədə məlumatlar dəqiqləşdirilir.
Mənbə: newsru.co.il