Gürcüstan hökuməti İsraildəki diplomatik nümayəndəliyinə yeni səfir təyin edib.
Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Beka Dvali ölkənin İsraildəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib.
Beka Dvali 2022-ci ildən bu təyinata qədər Gürcüstanın Avstraliyadakı fövqəladə və səlahiyyətli səfiri olub. O, bundan əvvəl – 2012–2022-ci illərdə isə Gürcüstanın Cənubi Afrika Respublikasındakı diplomatik missiyasına rəhbərlik edib.
Təcrübəli diplomat müxtəlif illərdə Gürcüstanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli elçisi, həmçinin ABŞ-dəki səfirliyində baş müşavir vəzifələrində də çalışıb.
