Futbol üzrə DÇ-2026-da qrup mərhələsinin III turu çərçivəsində L qrupunda son oyunlar keçirilib. İyunun 28-də baş tutan iki görüşdən sonra 1/16 finala yüksələn komandalar bəlli olub.
İngiltərə millisi Panama ilə qarşılaşmada 2:0 hesablı qələbə qazanıb. Bu nəticə ilə xallarının sayını 7-yə çatdıran ingilislər qrupu lider kimi başa vurublar. Hesabında xal olmayan Panama isə çempionatla vidalaşıb.
Paralel keçirilən digər matçda Xorvatiya Qana yığmasını 2:1 hesabı ilə məğlub edib. Qələbə sayəsində 6 xal toplayan xorvatlar qrupda ikinci yeri tutaraq pley-offa birbaşa vəsiqə əldə ediblər.
Məğlub olmasına baxmayaraq, 4 xalla qrupu üçüncü sırada tamamlayan Qana millisi də mundialda mübarizəni davam etdirəcək. Afrika təmsilçisi ən yaxşı qrup üçüncülərindən biri kimi 1/16 finala yüksəlib.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayıb.
DÇ-2026, L qrupu, III tur
Panama – İngiltərə 0:2
Qollar: Bellingem, 62, Keyn, 67
Xorvatiya – Qana 2:1
Qollar: Suçiç, 31, Lukassen, 73, Vlaşiç, 83