3 Av 5786 17 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Azərbaycan yeni aldığı qırıcıları ilə təlim uçuşları keçirib

Azərbaycan yeni aldığı qırıcılarla təlim uçuşları keçirib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq edilmiş 2026-cı ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində növbəti təlim-məşq uçuşları həyata keçirilib.

Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları üzrə nəzəri bilikləri yoxlanılıb. Daha sonra aviasiya vasitələrinə texniki baxış keçirilib.

Təlim-məşq uçuşlarının planına əsasən, “JF-17C” (Block-III), “Su-25ML”“L-39” tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə havaya qaldırılıb. Uçuşlar zamanı gündüz vaxtı havaya qalxma və yerə enmə, eləcə də müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə əsas diqqət müxtəlif taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, habelə aviasiya vasitələrinin effektiv döyüş tətbiqi imkanlarının artırılmasına yönəldilib.

Təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycan yeni aldığı qırıcılarla təlim uçuşları keçiribjnews.az səsləndirməsi