Azərbaycanda bazarlarda etiketsiz satılan mallar məcburi markalanmaya cəlb ediləcək. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun altı aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AQTA markalanmanı dövlət vəsaiti hesabına həyata keçirəcək. Proses artıq paytaxtdakı "Təzə bazar"da başlayıb və yaxın vaxtlarda digər bazarlara da yayılacaq.
Ə.Nəbiyev əlavə edib ki, Bakıdan sonra məcburi markalanma proqramı tədricən ölkənin regional bazarlarını da əhatə edəcək.
Mənbə: report.az