Rusiya Federasiyasından Ermənistana Azərbaycan ərazisi üzərindən yeni yük partiyası yola salınıb. İyunun 28-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində hərəkət edən qatar 770 ton buğda daşıyıb.
11 vaqondan ibarət olan bu qatar Azərbaycanın tranzit dəhlizi kimi istifadə edildiyi daşımalar silsiləsinin bir hissəsidir.
Bu günədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən 34 min tondan artıq taxıl, təxminən 8 min ton gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit nəql olunub.
Tranzit daşımaları ilə yanaşı, Azərbaycan özü də Ermənistana məhsul ixrac edir. İndiyədək Ermənistana 14 min tondan çox dizel yanacağı və 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin satılıb.