30 Av 5786 13 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri və Rusiya-Yaponiya ərazi mübahisəsi xəritəsi

Yaponiya Putinin Kurilə səfərinə görə Rusiyaya etiraz edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiya Prezidenti Vladimir Putin Sibir və Uzaq Şərqə işgüzar səfəri çərçivəsində İturup adasına gəlib. Bu, Putinin Kuril adalarına reallaşdırdığı ilk şəxsi səfərdir.

Yaponiyanın Xarici İşlər Nazirliyi Rusiya dövlət başçısının səfəri ilə bağlı rəsmi Moskvaya qəti etirazını çatdırıb. Yaponiya tərəfi İturup və digər Cənubi Kuril adalarını ölkənin “əzəli ərazisi” hesab etdiyini yenidən bəyan edib.

İturup adası Yaponiyanın ərazi iddiası irəli sürdüyü dörd Cənubi Kuril adasından biridir. Tokionun iddia etdiyi dörd adaya İturup ilə yanaşı Kunaşir, Şikotan və Habomai daxildir.

Putinin gəlişinədək Rusiya rəhbərləri Kuril adalarına ümumilikdə beş dəfə səfər ediblər. Rusiya rəhbərliyində olduğu müddətdə Dmitri Medvedev adalara prezident və baş nazir vəzifələrində dörd dəfə baş çəkib. Rusiya Baş naziri Mixail Mişustin isə sonuncu dəfə 2021-ci ildə Kuril adalarında olub.

Cənubi Kuril adaları 1945-ci ildən Moskvanın nəzarətindədir və Rusiya bu əraziləri öz torpağı hesab edir. Tərəflər arasında davam edən bu ərazi mübahisəsi İkinci Dünya müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin bağlamasına mane olan əsas amillərdən biridir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Yaponiya Putinin Kurilə səfərinə görə Rusiyaya etiraz edibjnews.az səsləndirməsi