28 Av 5786 11 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Hörmüz boğazında hərbi gəmi

Tramp: ABŞ Hörmüz boğazını minalardan təmizləyərək nəzarətə götürüb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir
Некогда читать?Статью можно послушать — озвучка JNews.az

Yenilənib: Avqust 11, 2026 12:28 axşam

Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji əhəmiyyətli Hörmüz boğazını minalardan tamamilə təmizlədiyini və hazırda su yoluna 100 faiz nəzarət etdiklərini bildirib.

D. Tramp bu barədə avqustun 10-da jurnalistlərə açıqlamasında danışıb. O, ABŞ hərbçilərinin boğazın bütün ərazisində mina təmizləmə əməliyyatını başa çatdırdığını və su yolunun açıq olduğunu deyib.

ABŞ prezidentinin sözlərinə görə, Hörmüz boğazına hazırda ABŞ Hərbi Dəniz Qüvvələrindən başqa heç bir tərəf nəzarət etmir.

Trampın açıqlaması ABŞ və İran arasında boğazın açılması ilə bağlı danışıqların davam etdiyi bir vaxta təsadüf edir. Vaşinqton Hörmüzdən təhlükəsiz və sərbəst gəmiçiliyin bərpa olunmasını tələb edir. Tehran isə öz növbəsində bir sıra şərtlər irəli sürür.

Bununla belə, Trampın boğazın açıq olduğu barədə açıqlamasına baxmayaraq, kommersiya gəmiçiliyi hələ əvvəlki səviyyəyə qayıtmayıb. “Reuters”in məlumatına görə, avqustun 7-də başa çatan həftə ərzində Hörmüz boğazından keçən neft ixracının orta gündəlik həcmi 3 milyon barelə düşüb. Ötən həftə bu göstərici 4,4 milyon barel olub.

Hörmüz boğazı Yaxın Şərqdən dünya bazarlarına enerji ixracının əsas marşrutlarından biridir. Buna görə də su yolunda gəmiçiliyin məhdudlaşdırılması qlobal enerji bazarlarına və neft qiymətlərinə birbaşa təsir göstərir.

ABŞ prezidentinin son açıqlaması Vaşinqtonun Hörmüz boğazında hərbi nəzarəti gücləndirdiyini göstərsə də, boğazın beynəlxalq kommersiya gəmiçiliyi üçün faktiki olaraq tam və normal rejimdə açılması ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Tramp: ABŞ Hörmüz boğazını minalardan təmizləyərək nəzarətə götürübjnews.az səsləndirməsi