Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gecə saatlarında baş verən qəzada “Opel” və VAZ-21099 markalı minik avtomobilləri toqquşub.
Toqquşma nəticəsində VAZ-21099 markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerindəcə həyatını itirib.
Hadisə zamanı daha bir nəfər xəsarət alıb. Xəsarət alan şəxsin Muxax kənd sakini, 21 yaşlı Ubadulla Əli oğlu Əliyev olduğu bildirilir. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
