Hindistan, 12 İyul – Hindistan Xarici İşlər Nazirliyi Oman sahilləri yaxınlığında baş vermiş gəmi insidenti nəticəsində bir Hindistan vətəndaşının itkin düşdüyünü açıqlayıb.
Məlumata görə, Kipr bayrağı altında üzən “GFS Galaxy” konteyner gəmisində 11 Hindistan vətəndaşı olub. Onlardan 10-u xilas edilib, bir nəfərin isə taleyi naməlum olaraq qalır. Hazırda Hindistanın Omandakı səfirliyi yerli qurumlarla birlikdə axtarış-xilasetmə əməliyyatını koordinasiya edir.
Hadisə ilə bağlı İran tərəfinin açıqlamasında qeyd olunur ki, gəmi icazəsiz marşrutla hərəkət edib, ona xəbərdarlıq atəşi açılıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə insident nəticəsində gəminin mühərrik bölməsinin ciddi zədələndiyini açıqlayıb.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, konteyner gəmisi İranın ərazi sularından yan keçərək Oman sahilləri boyunca hərəkət edib.