14 Tammuz 5786 29 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Podkastlar Mədəniyyət Təhlil Xəbərlər
“Google” “Gemini”-yə çıxışı məhdudlaşdırdı: Şirkətin AI layihələri ləngiyir

“Google” “Gemini”-yə çıxışı məhdudlaşdırdı: Şirkətin AI layihələri ləngiyir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Texnologiya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

“Google” bu ilin mart ayında “Meta”ya “Gemini” süni intellekt platformasına tələb olunan həcmdə çıxış təqdim edə bilməyəcəyini bildirib. Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, “Meta”nın öz süni intellekt modelləri olsa da, onlar “OpenAI”, “Claude” və “Google” kimi rəqiblərin həlləri ilə müqayisədə daha zəif hesab edilir. Bu səbəbdən şirkət “Gemini” modellərindən dələduzluq və zərərli məzmunun aşkarlanması sistemlərinin təkmilləşdirilməsi, müştəri xidmətlərinin optimallaşdırılması, həmçinin daxili iş proseslərinin və proqramlaşdırmanın səmərəliliyinin artırılması üçün istifadə edirdi.

“Financial Times” yazır ki, “Google”-un bu qərarı “Meta”-nın süni intellekt sahəsində həyata keçirdiyi bəzi daxili layihələrin icrasında gecikmələrə və texniki çətinliklərə səbəb olub. Eyni zamanda, AI texnologiyalarından istifadənin yüksək maliyyə yükü səbəbindən şirkət əməkdaşlarını ayrılan AI tokenlərindən daha qənaətli və səmərəli istifadə etməyə çağırıb.

Bununla yanaşı, "Meta" əməkdaşlarını mərhələli şəkildə şirkətin yeni “Meta Spark” modelinə keçirməyə başlayıb. Bildirilir ki, bu model imkanlarına görə “Gemini” ilə daha rəqabətqabiliyyətlidir və şirkətin “Google”-un texnologiyalarından asılılığını azaltmağa xidmət edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
“Google” “Gemini”-yə çıxışı məhdudlaşdırdı: Şirkətin AI layihələri ləngiyirjnews.az səsləndirməsi