Ukrayna və Rusiya "160-a 160" formulu ilə əsir mübadiləsi aparıblar.
Azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin əməkdaşları, Milli Qvardiyanın döyüşçüləri və sərhədçilər var. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Prezidentin sözlərinə görə, onlar Mariupolu və "Azovstal" zavodunu müdafiə edib, həmçinin Donetsk, Luqansk, Xarkov, Zaporojye, Kiyev, Çerniqov və Sumı istiqamətlərində döyüşüblər.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın 160 rusiyalı hərbçini geri qaytardığını, əvəzində isə Ukraynaya Silahlı Qüvvələrin 160 hərbçisinin təhvil verildiyini açıqlamışdı.
Əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib.







