Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinin mərkəzinə ballistik raketlə zərbə endirib.
Hücum nəticəsində azı 6 nəfər xəsarət alıb. Zərbədən sonra hadisə yerində yanğın baş verib, xilasedicilər və təcili yardım briqadaları əraziyə cəlb olunub.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.



