Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ötən gecə Rusiya tərəfindən buraxılan 74 raketdən 55-i və 284 pilotsuz uçuş aparatından (PUA) 265-i məhv edilib.
Məlumata əsasən:
- 0/4 – “Zirkon” və “Oniks” gəmiəleyhinə raketi vurulub;
- 1/9 – “İskəndər-M”, S-400 və KN-23 tipli ballistik raket zərərsizləşdirilib;
- 54/61 – X-101 və “Kalibr” qanadlı raketi məhv edilib;
- 265/284 – zərbə tipli PUA vurulub.
Bununla yanaşı, 3 gəmiəleyhinə raketin, 6 ballistik raketin, 2 qanadlı raketin və 17 PUA-nın ümumilikdə 20 müxtəlif əraziyə düşdüyü bildirilib.
Həmçinin, vurulan hava hədəflərinin qalıqlarının 13 fərqli əraziyə düşdüyü qeyd olunub.
