16 Av 5786 30 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Rusiyada "Wildberries"in daha bir logistika mərkəzi vurulub

Rusiyada “Wildberries”in daha bir logistika mərkəzi vurulub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiyanın Penza vilayətində “Wildberries” şirkətinə məxsus iri logistika mərkəzində güclü yanğın baş verib. Hadisədən sonra sosial şəbəkələrdə anbarın tamamilə alov içində qaldığını əks etdirən görüntülər yayılıb.

İlkin məlumata görə, yanğın gecə saatlarında baş verən Ukrayna pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində başlayıb. Penza vilayətinin qubernatoru Oleq Melniçenko bölgənin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hücumdan sonra logistika mərkəzinin ərazisində genişmiqyaslı yanğın baş verib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanan logistika kompleksi 90 min kvadratmetr sahəni əhatə edirdi və “Wildberries”-in Volqa Federal Dairəsindəki ən böyük paylama mərkəzlərindən biri hesab olunurdu. Şirkət gələcəkdə obyektin sahəsini iki dəfə artırmağı planlaşdırırdı.

Yanğın nəticəsində anbarın fəaliyyətinin iflic olduğu bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülər binanın böyük hissəsinin alovun təsiri ilə ciddi zərər gördüyünü göstərir. Dəymiş maddi ziyanın məbləği hələlik açıqlanmayıb.

Qeyd edək ki, son aylarda Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Rusiyanın müxtəlif bölgələrində yerləşən logistika mərkəzləri, sənaye müəssisələri və hərbi əhəmiyyət daşıyan obyektlərə pilotsuz uçuş aparatları ilə hücumların sayı artıb. 

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Rusiyada “Wildberries”in daha bir logistika mərkəzi vurulubjnews.az səsləndirməsi