Azərbaycanda avqustun 3-də 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi prosesi başlayacaq.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bölüşdürmə və seçim prosesi namizədlərin qəbul imtahanlarında topladıqları ballar əsasında aparılır.
Qurumun rəsmi məlumatına əsasən, ixtisas seçimi mərhələsi bir həftə davam edəcək və avqustun 9-da tam başa çatacaq.
Mənbə: report.az
