İsraildə 34 yaşlı təcili tibbi yardım sürücüsü İrana casusluq etmək və kəşfiyyat məlumatları toplamaq şübhəsi ilə saxlanılıb.
“Ynet” nəşrinin məlumatına görə, şübhəli şəxs işlədiyi tibb müəssisələrinə xidməti çıxış imkanlarından istifadə edərək İran üçün maraq doğuran obyektlər barədə məlumat toplayıb və onların fotoşəkillərini çəkib.
İddia olunur ki, o, İsrail Prezidenti İsxak Hersoqun Nahariya şəhərindəki xəstəxanaya səfəri zamanı dövlət başçısının da şəklini çəkib.
Hazırda hüquq-mühafizə orqanları saxlanılan şəxsin xarici kəşfiyyatla mümkün əlaqələrini və topladığı məlumatların xarakterini araşdırır. Rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi barədə hələlik məlumat verilməyib.
